Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
17 Fevral , 2020
Bu gün Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalında Azərbaycan-sovet şairi, qəzəlxanı, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Əliağa Vahidin 125 illik yubleyi ilə bağlı musiqili-ədəbi gecə keçirildi. Tədbirdə MKS-nin direktoru Elmira Əliyeva, şəhər ziyalıları GDU-nin Ümumi tarix kafedrasının baş müəllimi , şair Yəhya Süleymanov( Yusifli) GDU-nin müəllimi, filologiya elimləri üzrə fəlsəfə doktoru Cahan Ağamirov, AYB-ni n üzvü,yazıçı - publisist, şair Qərib Mehdi,Rəssamlar İtifaqının üzvü rəssam Niyazi Əhmədov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova və AYB-nin Gəncə Bölməsinin üzvləri şairlər, publisistlər , Gəncə şəhər Maarif evinin təşkilatsçısı İmamverdi Vəliyev və kollektivi ,1saylı uşaq musiqi məktəbinin səs muğam müəllimləri və kitabxananın fəal üzvləri iştirak etdilər.
Tədbirdə qəzəlxan şair Əliağa Vahidin qəzəllərinə və şeirlərinə bəstələnmiş təsnif və mahnılar ifa olundu.
Sonda Əliağa Vahidin həyatına həsr olunmuş “Qəzəlxan” filmindən fraqment nümayiş olundu, təşkil olunmuş sərgiyə iştirakçılar tərəfindən baxış keçirildi.