Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
16 Yanvar , 2020

16 yanvar tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 20 Yanvar Ümumxalq Hüzn günü, Qanlı Yanvar hadisələrinin 30 illiyi ilə əlaqədar olaraq “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı anım günü keirildi.

Ilk olaraq 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

GDU-nun Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov, Gəncə Yazıçılar Birliyinin sədri Xəzangül Hüseynova və Yazıçlar Birliynin üzvləri, prezident təqaüdçüləri olan şair və yazıçılar, Nizami rayon veteranlar şurasının sədri Tofiq Hüseynov, «Новости Гaнджа», “Gəncənin səsi”qəzetlinin əməkdaşları, Gəncə Maarif Evinin müdiri və kollektivi 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşımisli görünməmiş qətliamla bağlı çıxış etdilər.

Şairlər şəhidlərə həsr olunmuş şerləri ilə çıxış etdilər., 5 saylı orta məktəbin şagirdləri,1saylı musiqi məktəbinin kollektivi, həmçinin 31 saylı körpələr evinin usaqlarının ifasında 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndi.

Tədbirin sonunda Gəncə Uşaq Rəssamlıq Məktəbinin kollektivinin 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinə və kitab sərgisinə baxış keçirildi.