Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
25 Dekabr , 2019

Elm, bilik, təhsil, mədəniyyət mərkəzi olan kitabxanalar, uşaqdan böyüyə, gəncdən qocayadək hər kəsin qapını döymədən daxil olduğu, xoş, gülərüzlə qarşılandığı, heç bir təmənna umulmadan tələblərinin ödənildiyi, bu mümkün olmasa belə, yararlancağı mənbələr göstərilən zəngin xəzinə, zəngin mədəniyyət məbədidir!

Bu müqəddəs məbədgahlarından olan Gəncə Mərkəzi Kitabxanasının 85 ili tamam olur.Bu münasibətlə mərkəzi kitabxananın oxu zalında yubiley gecəsi keçirildi.Gecədə Gəncə Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, qocaman yazıçı-publisist Qərib Mehdi,üzvlər, teatrşünas - tənqidçi Anar Bürcəliyev,GDU,ADAU, ATU universitet kitabxanalarının direktorları, Samux, Goranboy,Xocalı, Kəlbəcər, Şəmkir rayon MKS-lərinin direktorları, “Gəncənin səsi” və “Novosti Ganja” qəzetinin əməkdaşları, GDU-nun dosenti Hüseyn Bəxtiyarov, Gəncə Maarif Evinin müdiri İmamverdi Məmmədov, fəal oxucular,kitabxana işçiləri iştirak edirdi.Gecəni Gəncə MKS-nin direktoru Elmira Əliyeva açaraq, tədbir iştirakçılarını salamladı, öz ürək sözlərini söylədi.GRMİ-nin baş məsləhətçisi Bəxtiyar Muradov kitabxana işçilərini təbrik edərək, Gəncə Regional Mədəniyyət idarəsinin 85 illik yubileyi münasibətilə Fəxri fərmanı təqdim etdi,onlara həsr etdiyi şerini oxudu.MKS direktor müavini Fəridə Qədimova kitabxananın keçdiyi inkişaf yolundan danışdı, təbrikini bildirdi.Gələn qonaqlar kitabxana və kitabxana işçiləri haqqında öz ürək sözlərini və xoş təbriklərini söylədilər. Gəncə Musiqi Kollecinin musiqi heyəti tədbirimzə rövnəq verdi.Gecənin sonunda Gəncə Regional Mədəniyyət İdarəsi, bir qrup kitabxanaları və kitabxana işçilərini fəxri fərman və təşəkkürnamə ilə təltif etdi.