Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
20 Noyabr , 2019
Bu gün 20 noyabr faciəsinin ildönümüdür. Məhz 28 il bundan öncə-1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi vertolyot qəzaya uğradı.Qəza nəticəsində bir sıra rəsmi dövlət adamları, jurnalistlər, vertolyot heyəti həlak oldular.
Bu münasibətlə 20.11.2019 cu il tarixdə mərkəzi kitabxananın oxu zalında anım günü keçirildi.Tədbirdə vətən,torpaq uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi anıldı,Bu faciə zamanı həlak olan vətənpərvər insanların həyatından, vətən yolunda fəaliyyətindən, erməni vəhşiliyindən söhbət edildi.