Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
10 İyun , 2019
Bu gün (10.06.2019) Gəncə Mərkəzi Kitabxananın oxu zalinda, İlhamını Göylərdən,təbini Həqqdən alan, ruhu elə- obaya,əsrarəngiz təbiətə bağlı,saf çeşmə kimi çağlayan ,Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri,Əməkdar Mədəniyyət işçisi,şair-dramaturq,Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı Xəzangül Hüseynovanın "Bir səssiz gileyəm " adlı yaradıcılıq gecəsinin -şairin"SÖZ" işığına toplaşdıq. Gecədə Gəncə şəhər İcra hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, İH-nin məsləhətçisi Yadigar Bədəlov, Gəncə Reional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, AYB Gəncə bölməsinin üzvləri, teatrşünas - tənqidçi Anar Bürcəliyev,"Gəncənin səsi" və "Novosti Qyandja" qəzetinin redaktorları Rəfiqə Sadıqova və İrina Kalaşnikova, şəhər ziyalıları,Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının solistləri,4 N-li tam orta məktəbin bir qrup müəllim və şagirdləri, oxucular iştirak edirdi. Tədbirdə çıxış edənlər şairin geniş ictimai fəaliyyətindən,həyat və yaradıcılığından, poetik dünyasından və onun Gəncə ədəbi mühitinə olan diqqətindən, qayğısından, fədakarlığından söz açdılar, şairlər ona həsr olunmuş şerlər oxudular.Aktyorlar və məktəblilər Xəzangül xanımın şerlərini söylədilər , müğənnilərin ifasında mahnılar səsləndi. Tədbirin sonunda Xəzangül xanım öz ürək sözlərini və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.