Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
7 May , 2019
07may 2019 - cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96- cı ildönümünə həsr etdiyi "Oxu bayramı" keçirildi.Tədbirdə şəhər ictimaiyyəti və ziyalıları,tələbə və şagirdlər,AYB Gəncə bölməsinin üzvləri,jurnalistlər, şəhər Təhsil idarəsinin nümayəndələri,müəllimlər və s. iştirak edirdi. "Oxu bayramı" nda 1000 nüsxədən artıq müxtəlif mövzularda - Ulu Öndərin, möhtərəm Prezidentimizin həyat və fəaliyyətini əks etdirən, tariximizə, Prezident sərəncamları ilə yubileyləri qeyd edilən İmadəddin Nəsimi-650, C. Məmmədquluzadə - 150, C.Cabbarlı-120, Gəncəm - tarixi şəhərim mənim, Gəncə yazarları,Şeyx Nizami Gəncəvi,Məhsəti Gəncəvi,Mirzə Şəfi Vazeh, Milli Qəhrəmanlarımız, Böyük Vətən Müharibəsi qəhrəmanları və s. kitab və oxucuların əl işləri sərgiləri nümayiş etdirildi. Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov tədbiri açaraq iştirakçılar salamladı,keçirilən bayram münasibətilə hər kəsi təbrik etdi və geniş çıxış etidi.AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova,teatrşünas - yurnalist Anar Burcəliyev, Nizami rayon Veteranlar şurasının sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynov,MKS-nin direktor müavini Fəridə Qədimova və s. öz çıxışlarında kitabın, kitabxananın insan həyatında rolundan, əhəmiyyətindən, onun gələcəyə doğru aparan işıqlı yol olduğundan bəhs etilər.Gəncə şəhər 4,5,19,24,25,32, saylı tam orta məktəb şagirdlərinin ifasında şerlər,ədəbi -bədii kompoziyalar iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılandı.Gəncə şəhər Uşaq İncəsənət məktəbi şagirdlərinin,4 saylı musiqi məktəbinin "Fidanlar" qrupunun, 1 saylı musiqi məktəbi şagirdlərinin ifa etdikləri mahnı və rəqslər bayrama xüsusi rövnəq verdi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,Əməkdar Mədəniyyət işçisi Elmira Əliyeva bütün tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürünü bildirdi.Tədbirin keçirilməsində fəallıq edən, xüsusi fərqlənən kollektiv və məktəblərə,ən çox kitab oxuyan iki oxucuya İmamverdi Vəliyev və Hüseyn Əliyev "Təşəkkürnamə"lər təqdim olundu.
"Oxu bayramı" axşam saatlarına qədər davam etdi.