Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
6 May , 2019
Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalında veteranlarla İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümünə həsr edilmiş “Barıt qoxulu xatirələr” adlı görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Gəncə şəhər veteranlar təşkılatının sədri, II qurup müharibə əlili Yusif Məmmədov, Gəncə şəhər Nizami payon veteranlar təşkilatının sədri II dünya müharibəsi veteranı Tofiq Hüseynov , Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvü ,yazıçı Qərib Mehdi, , GDU-nun tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, 04 və 06 saylı tam orta məktəb şagirdləri, GDU və Gəncə Musiqi kollecinin tələbələri,fəal oxucular iştirak edirdi.İkinci dünya müharibəsi iştirakçıları və torpaqlarımız uğrunda canından keçən Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hörmətli veteranlar keçdiyi döyüş yollarından öz xatirələrindən, Qarabağ döyüşlərində vətən oğullarının göstərdiyi igidliklərdən, onların göstərdiyi şücaətindən, mətinliyindən danışdılar. Məktəblilərin ifasında qəhrəmanlıq mövzusunda şerlər səsləndi. Musiqi kolleci və musiqi məktəbləri tələbələrinin ifasında mahnılar ifa olundu. Mövzuya həsr olunmuş geniş kitab sərgisi təşkil olundu.