Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
19 Aprel , 2019
19.04.2019-cu il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında qəlbində və qələmində hər şeydən əvvəl İnsan və insanlıq amili duran, “Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist - Rəfiqə xanım Sadıqovanın 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, peşəkar jurnalistlər, şair və yazıçılar, şəhər ziyalıları iştirak edirdi. 
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Rəfiqə xanım Sadıqovanın Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb. 
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov öz çıxışında sadəliyi və səmimiliyi ilə seçilən Rəfiqə xanımı təbrik edib. O bildirib ki, Rəfiqə xanım qələmi nə qədər iti olsa da, xasiyyəti bir o qədər mülayimdir. Rəfiqə xanıma hər zaman gümrah, gözəl və gülərüz olmağı arzu edib, yeni yaradıcılıq uğurları diləyib.
Gecədə Rəfiqə Sadıqovanın ömür-gün yoldaşı Həsənbala Sadıqov, yazıçı Nüşabə Məmmədli, yazıçı-həkim Tamara İslamqızı, “Novosti Gyandji” qəzetinin baş redaktoru İrina Kalaşnikova, qəzetin mühasibi Fatma Cəfərova, yazıçı Qərib Mehdi, jurnalist Qalib Rəhimli, teatrşünas-tənqidçi Anar Bürcəliyev, “Gəncənin səsi” qəzetinin müxbiri Fərruxə Umarova və digər ziyalılar çıxış edərək Rəfiqə xanım Sadıqovanı təbrik edib, onunla olan zəngin xatirələri bölüşüblər.
Gecədə Gəncə Dövlət Dram Teatrının aktrisası Rahilə Məmmədova Rəfiqə Sadıqovanın "Nigaran qalacağam" adlı romanından bir parça səsləndirdi. Yaradıcılıq gecəsinə Gəncə Dövlət Filarmoniyasının solistləri Xəyal Əliyevin, Şirxan Cahangirovun, 4 saylı musiqi məktəbinin yetirmələrinin ifasında səslənən xalq və bəstəkar xüsusi rövnəq verdi.
Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın direktoru Elmira xanım Əliyeva Rəfiqə xanıma öz xoş sözlərini,arzularını söylədi, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.