Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
10 Aprel , 2019
Bu gün Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalına ekskursiya etdilər. Şagirdlər kitabxanadan istifadə qayda qanunları ilə tanış oldular. Ekskursiya zamanı şagirdlərin diqqətini daha çox Milli qəhrəmanlarla bağlı sərgilər çəkdi. Onlar böyük məmnuniyyətlə kitablarla maraqlandılar.
Daha sonra MKS-in direktor müavini Fəridə Qədimova kitabxanada gedən işlər haqqında, görülən tədbirlər haqqında kitabxananın yeni oxucularını məlumatlandırdı və müasir zamanda internetin geniş yaylmasına baxmayaraq kitab və kitabxananı əvəz edə bilməyəcəyini vurğuladı . Məktəblilər kitabxanada təşkil olunan sərgilərlə, kitabxananın fondu ilə yaxından tanış oldular.