Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
10 Aprel , 2019
10.05.2019-cu il tarixdə Gəncə şəhər 38№-li tam orta məktəbin bir qrup şagird və müəllim kollektivi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə ekskursiya etdilər. 
Kitabxananın şöbə müdiri Ellada Rəhimova uşaqları salamladı və şagirdlərə kitabın insan həyatındakı əhəmiyyətli rolundan danışdı. Sonra uşaqları kitabxana fondu və kitabxana qaydaları ilə, tanış etdi. Onlara Uşaq Kitabxanasında keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Məktəblilər kitabxanada təşkil olunmuş müxtəlif mövzulardan bəhs edən kitab sərgiləri və fonda daxil olan yeni uşaq ədəbiyyatı ilədə tanış oldular. Ekskursiyanın sonunda şagirdlər kitabxanaya üzv yazıldılar və böyük ruh yüksəkliyi ilə ayrıldılar