Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
31 Mart , 2019
31.03.2019-cu il tarixdə Mərkəzi kitabxananın oxu zalında 1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar “Qanla yazılan Tarixin qanlı səhifəsi” adlı oxucu konfransı keçirildi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin direktoru Elmira Əliyeva xalqımızın tarixən yaşadığı faciələrdən danışaraq bir əsr ərzində mənfur ermənilər tərəfindən azərbaycanlılara qarşı 4 dəfə törədilmiş soyqırım haqqında məlumat verdi. GDU-nun tarix müəlliməsi Xəyalə Əsgərova 1918-ci ilin siyasi-ictimai vəziyyəti, Azərbaycan xalqına qarşı törədilən soyqırımın səbəbləri, nəticələri, soyqırımın tarixi kökləri və mahiyyətindən bəhs edərək fikirlərini tarixi faktlarla əsaslandırdı. ATU –nun tələbəsi Natiq İsgəndərov “Şamaxıda törədilən mart qırğınları”, ADAU –nun tələbəsi Səlbinaz Məmmədova isə bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin əsrin sonunda yenidən təkrarlanaraq Xocalıda törədilmiş faciədən bəhs edən “Xocalı soyqırımı erməni terrorunun davamıdır” adlı məruzələrlə çıxış etdilər. Daha sonra çıxış edən Kitabxanalararası abonement şöbəsinin müdiri Vüsalə Həsənova erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən,analoqu olmayan vəhşiliklərdən olduğunu bildirdi.. Tədbirdə soyqırıma aid kitab sərgisi və video çarx nümayiş olundu.