Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
25 Fevral , 2019
Gəncə şəhər MKS-nin Səyyar və KAA şöbəsi tərəfindən 25 fevral 2019-cu il tarixdə Xocalı soyqırımı “Dərdimizin qan rəngi – Xocalı” adlı Gəncə şəhər Kəpəz hazırlıq kursunda anım günü keçirildi. 
Tədbir , “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqinda” Azərbaycan Respublikasının ümummilli liderı Heydər Əliyevin Sərəncamı ilə açıq elan olundu və bütün təqdbir iştirakçilari soyqırım qurbanlarının xatirəsini 1 dəqiqiəlik sükutla yad etdi. Tədbirdə kitab sərgisi, fotoşəkillər və videoçarx nümayişi təşkil olunmuşdur. Sərgidə şagirdlərə 40-a yaxın Xocalı faciyəsinə və erməni vandalizminə aid tarixi və bədii kitablar nümayiş etdirildi. Kursun tarix müəllimi Rauf Xəlilov Xocalı faciəsi haqqında geniş məlumat verdi və şagirdlərdə milli vətənpərvərlik , düşmənə nifrət və barışmazlıq, mübarizlik hisslərinin aşılanmasının vacib olduğunu bildirdi. Səgirdlər böyük maraqla nümayiş olunan videoçarxı izlədilər və sərgidəki kitablara maraq göstərdilər. KAA və Səyyar şöbənin əməkdaşları Vüsalə Hüseynova və Elnarə Hüseynova bu kitablar haqqında şagird və müəllim heyətinə geniş məlumat verdilər. Tədbirdə kursun bütün şagird və müəllim heyəti iştirak etdilər.