Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
12 Dekabr , 2018
11.12.2018-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ürəklərdə əbədiləşən Dahi” adlı kitab sərgisi təşkil olundu. Sərgidə Azərbaycançılıq, dövlətçilik tariximizdən, milli dövlətçiliyimizin dirçəlişində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində ölkədə baş verən inkişaf proseslərindən bəhs edən 110- dan artıq Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunmuşdur. Eyni zamanda Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu