Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
10 Dekabr , 2018
10 dekabr 2018-cı il tarixdə Gəncə şəhər MKS-də görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Milli opera səhnəmizin Ərəbzəngisi” adiı xatirə gecəsi kecirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktor müavini Fəridə Qədimova açaraq Gülxar Həsənovanın həyat və yaradıcılığı haqqında danışdı. Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova melodik səsə malik istedadlı aktrisanın Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynadığı parlaq, koloritli qadın obrazları yaratmasından danışdı. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Gəncə Dövlət Universitetinin müəllimi Gültəkin Məhərrəmova,1saylı musiqi məktəbinin müəllimi Leyla Cavadova yüksək səhnə mədəniyyətinə malik sənətkar Gülxar Həsənovanın muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin qəlbində dərin izlər buraxan ifaçılıq sənətindən, pedaqoji fəaliyyətindən danışdılar. 
Tədbirdə iştirakçılar Gülxar Həsənovann lent yazılarında əbədiləşən musiqilərindən ibarət videoçarxa tamaşa etdilər və “Qadın xanəndələr” CD albomundan müğənnin ifasında mahnılar dinlədilər.