Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
6 Dekabr , 2018
Bu gün 06.12.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş Elxan Elatlının “Qisas gecəsi” kitabının müzakirəsini keçirdi. Müzakiə mütaliyəni sevən tələbələr, fəal oxucular, və kitabsevər kitabxanaçılar arasında aparldı. Tədbiri oxu zalının müdiri Əfsanə Bağırova açaraq Milli Qəhrəmanın qısa həyatından və şərəfli döyüş yolundan bəhs etdi. Sonra GDU-nun tələbəsi Seyidova Aybəyim əsərin qısa məzmunu haqqında məlumat verdi. Daha sonra “Mübariz – vətənpərvər bir gəncdir”, “Mübariz – qəhrəmanlığın ən yüksək zirvəsidir” və “Romanın gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu” mövzuları ətrafında müzakirələr aparıldı. Tədbirdə MKS-nin direktor müavini Fəridə Qədimova, Kitabxanalararası abonement şöbəsinin müdiri Vüsalə Hüseyinova, kitabxanaçı İlahə Nəbizadə, kitabxananın oxucusu İmamverdi Vəliyev əsər haqqında öz fikirlərini bildirməklə yanaşı, əsərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolundan bəhs etdilər. Fəridə xanım Mübariz kimi qəhrəmanların həmişə gənclərimiz üçün bir örnək və nümunə olduqlarını qeyd etdi. Sonda qəhrəmanın igidliyindən yazılmş kitab güşəsinə baxış keçirildi.