Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
4 Dekabr , 2018
04.12.2018 - ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalnda Azərbaycan yazıçılar birliyinin üzvi, şair-publisist, müharibə Qazisi Sabir Binnətoğlunun 60 illik yubileyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirildi. Tədbirdə AYB-nin Gəncə bölməsinin sədri şair-publisist Xəzangül Hüseyinova, AYB-nin üvləri Fazil Sənan, Ramiz Təmkin, Sabir Qurbanov, yübliyarin döyüş yoldaşları, Uşaq-Gənclər inkişaf Mərkəzinin dram dərnəyinin üzvi Abbasova Yeganə və 4,10, 32 sayli məktəb şagirdləri, fəal oxucular çixiş etdilər.Tədbirdə şairin həyatından, yaradıcılığından, keçdiyi döyüş yolundan danışıldı şagirdlər şairin şeirlərini səsləndirdilər.