Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
26 Noyabr , 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncama əsasən,Mərkəzi kitabxanamızın oxu zalında 26.11.2018 tarixində ,həyatı qaralan,lakin adı və yaradıcılığı ilə parlaq və işıqlı əbədiyyətini qazanmış nakam şairimiz Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə AYB Gəncəbasar bölməsinin sədri Xəzangül xanım Hüseynova, tanınmış şairlər - Aydın Murovdağlı, Sahib İbrahimli, Ramiz Təmkin,Fərruxə Pərişan, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları, teatrşünas Anar Bürcəliyev, AMEA Gəncə bölməsi ədəbiyyat şöbəsinin müdiri Ruziyyə Quliyeva, Gəncə Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Gəncə Dövlət Flarmoniyasının solistləri, fəal oxucular və digər Müşfiqsevərlər unudulmaz şairimizin işığına toplaşdılar.Gecədə sevimli şairimizin həyat və yaradıcılığından geniş söhbət açıldı.Mikayıl Müşfiqin özünün və şairə həsr olunmuş şerlər səsləndi. Hörmətli teatrşünas Anar Bürcəliyev atası, görkəmli aktyor, Respublikanın Xalq artisti Məmməd Bürcəliyevin vaxtilə müəllimi olmuş Mikayıl Müşfiq haqqında maraqlı xatirələrini danışdı. Unudulmaz , nakam şarimizin sözlərinə bəstələnmiş mahnılar ifa edildi. Maraqlı və gözəl, isti xatirələrlə dolu bir ədəbi gecə keçdi.