Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
7 Noyabr , 2018
7 11.2018 Mərkəzi kitabxananın oxu zalnda 9 Noyabr Bayraq günü münasibəti ilə “Bayrağımız iftixar, qürur mənbəyimizdir” adlı ədəbi- bədii gecə keçirildi. MKS-nin direktoru, əməkdar mədəniyyət işçisi Elmira Əliyeva tədbir iştirakçılarının bu əziz bayramını təbrik etdi .Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapdıqını, Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzləri olduqunu qeyd edərək,s özü GDU-nun Ümumi Tarix kafedrasının dosenti, Beynəlxalq Münasibətlər tarixi ixtisası üzrə tarixçi Hüseyn Bəxtiyarova verildi . Hüseyn müəllim Azərbaycan bayrağının qədim yaranma tarixindən bu günə qədər keçdiyi şərəfli yolundan , bayraq uğrunda mübarizə aparan, canından keçən Azərbaycan qəhrəmanlarından danışdı. MKS-nin direktor müavini Fəridə Qədimova çıxışında bayraği sevməyin nümunəsi kimi Azərbaycanın canlı Milli qəhrəmanı Ramil Səfərovu , azad edilən yurd yerlərimizdə bayrağımızı ucaldan Azərbaycan igidlərindən söz açdı. İnşAllah bayrağımizin işğaldan azad edilən torpaqlarımızda ilk sancağı Qarabağmızda- baş tacımız Şuşada, Xankəndində, son sancağımız – gözəllər gözəli,göyçək Göyçəmizdə dalğalanmasını dilədi. Kitabxanalararası abonement şöbəsinin müdiri Vüsalə Hüseyinova öz nitqində bildirdi ki, Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşımasından bəhs etdi. Kitabxananın fəal oxucusu azad jurnalist İmamverdi Vəliyev , GDU-nun 1 kurs tələbəsi Natiq Bayramov, çıxşlarında vətənən sevgisindən, onun atributlarının qorunub saxlanmasından və bunun üçün daim mübarizəyə hazır olmalarından danışdılar. Tədbirdə 2 və 6 saylı məktəbin şagirdləri doğma vətənimizə, Bayraqımıza həsr olunmuş şerlər söylədilər 5 saylı Musiqi məktəbini şagirdi Amin Rüstəmli sazda ,Emil Tağıyev və Elanura Salmanzadə gitarada vətənpəvərlik ruhunda, musiqi nömrələri ifa etdilər. Tədbirdə eyni zamanda Azərbaycan Bayraqına həsr olunmuş video- çarx nümayiş etdirildi.