Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
16 Oktyabr , 2018
Bu gün (16.10.2018) Gəncə şəhər MKS-nin oxu zalnda 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə “Azaddır, müstəqildir vətənim” adlı əbədi-bədii gecə keçirildi. 
Əbədi-bədii gecəni MKS-nin direktoru Elmira Əliyeva açıq elan edərək müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışdı. Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olmasından, bu ənənələrin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olduğunu qeyd etdi.. Elmira xanım bu mövzuda danşmaq üçün sözü, GDU-nun Ümumi Tarix kafedrasının dosenti, Beynəlxalq Münasibətlər tarixi ixtisası üzrə tarixçi Hüseyn Bəxtiyarova verdi. Hüseyn müəllim müstəqillik illərinə qədər və ondan sonra , xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyi nailiyyətlərdən geniş bəhs etdi. MKS-nin direktor müavini Fəridə Qədimova çıxışında müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini qeyd etdi. Bildirdi ki xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb. O bu gün dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını vurğuladı.
Tədbirdə 3 və 5 saylı məktəbin şagirdləri doğma vətənimizə, milli müstəqilliyimizə həsr olunmuş şerlər söylədilər,Gəncə Musiqi Kollecinin tələbələrindən ibarət Hicaz qrupu və 2 saylı Musiqi məktəbini şagirdləri vətənpəvərlik ruhunda, vətənimizə, xalqımıza həsr olunmuş musiqi nömrələri ifa etdilər. Sonda Elmira xanım, bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Tədbirdə eyni zamanda Müstəqilliyimizə həsr olunmuş video- çarx nümayiş etdirildi.