Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
5 Oktyabr , 2018
Bu dünyada sənin ən çox sevdiyin kimdir, söylərmisin, quzum?
- Ən sevdiyim o Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var.
- Kimdir onlar?
- Anam, atam, müəllimim...
Hüseyn Cavid.....
Bu gün Mərkəzi kitabxananın oxu zalında, müqəddəs peşə sahibləri, olduqları və fəaliyyət göstərdikləri məkanı məbədgah bildiyimiz şərəf və vicdanla öz bilik və bacarıqlarını həyatımızın , bəşəriyyətin gələcəyi olan balalarımızın yolunda, elmə biliyə yiyələnməklərində usanmaq bilmədən çalışan bir qrup müəllimlərimizlə görüş təşkil etdik. Çalışdıq ki dövlətimizin onlara ayırdığı bu bayram günündə onların sevincinə şərik olub, əməklərinə və ünvanlarına xoş sözlər deyək. Tədbirimizdən onların simalarındakı məmnunluqdan çox sevindik! BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÜƏLLİMLƏR!