Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
25 Sentyabr , 2018
25.09.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Ümumdünya Turizm Günü ilə əlaqədar “Azərbaycan gözəllikləri turistlərin gözü ilə” adlı söhbət keçirildi. Söhbəti aparan kitabxanaçı Könül Qafarova qeyd etdi ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur. Bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsi böyük uğurlar qazanır və inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, ölkənin bütün regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Son illər Azərbaycanın regionlarına dövlət tərəfindən xüsusi diqqət göstərilir, turizmin inkişafına, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradılır. Məlumdur ki, son dövrlərdə ölkəmizdə turizm sahəsində aparılan islahatlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğinə və turizmin inkişafına səbəb olmuşdur.