Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
21 Sentyabr , 2018
21.09.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Beynəlxalq sülh günü münasibətilə “ Sülh dünyanın xoşbəxtlik və firavanlıq remzidir ” adlı şeir gecəsi keçirildi. Tədbirdə, 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,GDU və ADAU-nun tələbələri iştirak etdilər. Tədbiri açıq elan edən MKS-nin direktor müavini Fəridə xanım Qədimova tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq Beynəlxalq Sülh günü haqqında ətraflı məlumat verdi. O, insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü vurğuladı.
Tədbirin aparıcısı, oxu zalının müdiri Əfsanə Bağrova bildirdi ki, “Beynəlxalq Sülh günü” atəş və zorakılıqdan qlobal imtina kimi dünyada qeyd olunan BMT-nin yeganə bayramıdır. Bizim xalqımız tarixən sülhsevər xalq olub və bu mövzu folklorumuzdan başlayaraq çağdaş dövrümüzə qədər ədəbiyyatımızda da öz əksini tapıb. 
5 sayli orta məktəbin muəllimi Gülsah Məmmədova öz çıxışında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü qeyd etdi. Sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi Azərbaycanın vətəndaşlarının da həmişə sülh şəraitində yaşamaq arzusunda olduqlarını diqqətə çatdırdı.
5 saylı tam orta məktəbin şagirdləri sülhə həsr olunmuş şeirlər söylədilər. MKS-nin direktoru Elmira xanım Əliyeva çıxış edərək belə tədbirlərin keçirilməsinin gələcəyimiz olan uşaqların və gənclərin mərhəmətli şəkildə, vətənpərvər və sülhsevər insanlar olaraq böyüməsində, yetişməsində böyük rol oynadığını vurğuladı.
Tədbirin sonunda məktəblilərin sülh mövzusunda çəkdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirildi.