Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
18 Sentyabr , 2018
Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixində imzaladığı sərəncamının icrasını təmin etmək, Azərbaycan Milli Musiqi günü və Dahi bəstəkar Üzeyirbəy Hacıbəylinin doğum günü münasibətilə 18 sentyabr 2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında dahi bəstəkarın “ Arşın mal alan” filmi nümayiş olundu. Film haqqında oxu zalının kitabxanaçısı Mina Məmmədova qısaca məlumat verərək bildirdi ki, bu bədii film rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış, Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları unudulmaz sənətkarlar : Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər.Film böyük tamaşaçı uğuru qazanmış və 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.