Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
18 Sentyabr , 2018
18 Sentyabr 2018-ci il tarixdə MKS-nin Musiqi-not fonoteka şöbəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü və 18 Sentyabr Milli Musiqi Günü münasıbətilə “Üzeyir musiqisinin işığında” başlığı altında sərgi təşkil olundu. 
Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova Üzeyir Hacıbəylinin Azərbaycan və Dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri haqqında iştirakçılara geniş məlumat verdi: ”Ü.Hacıbəyli bəstəkar, alım, yazıçı,publisist və siyasi xadim kimi çoxsahəli fəaliyyəti ilə yanaşı,Şərqdə ilk operanın banisi kimi də məşhurdur. 
Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib. 
"Sənsiz", "Sevgili canan" romansları, "Çırpınırdı Qara dəniz" mahnısı, "Aşıqsayağı" kamera-instrumental əsəri, "Qaytağı" xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir. 
Ü.Hacıbəyli 300-dən çox xalq mahnısını nota salmış, marş, fantaziya, kantata, mahnı və romanslar, xor əsərləri yazmışdır...” 
Sərgidə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş, eləcə də digər dünya şöhrətli bəstəkarlarımızın, musiqiçilərimizin əsərləri, onlar haqqında dərc olunmuş kitab, qəzet və jurnal materialları nümayiş olundu.