Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
2 Avqust , 2018
02 avqust 2018-ci il tarixdə Gəncə şəhər MKS-nın Musiqi- not fonoteka şöbəsi Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə əlaqədar milli kinomüzün tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr olunan kitablardan sərgi təşkil etdi. 
Sərgidə Azərbaycan dilində yazılmış ilk dərslik olan “Kinoşünaslıq” kitabı, Azərbaycan filimlərinin yaranma tarixindən, Azərbaycan kinematoqrafçılarının (rejissor, operator, rəssam,aktyor və s.) həyat və yaradıcılığndan ibarət kitablar, Azərbaycan filimləri: “Dədə Qorqud”, “Fəryad “, “Koroğlu”,” Fətəli Xan”, “Nizami”, “Azərbaycan cizgi filimləri”, və s... audiovizual nəşrləri və Azərbaycan Milli Kinosuna aid dövrü mətbuat nəşrləri nümayiş olundu. 
Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova tədbir iştirakçılarına Azərbaycan kinosunun yaranması tarixindən geniş məlumat verdi: ”1898-ci il avqust ayının 2-də yeni proqram hazırlanmış və bu proqrama “Bibiheybətdə neft fontanı yanğını”,“Əlahəzrət Buxara əmirinin “Великий князь Алексей” paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal-sənədli və “İlişdin” bədii kinosüjetləri daxil edilmişdi. Bu kinosüjetləri fransız yəhudisi, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdır. Bununla da Azərbaycanın kino tarixində ilk süjetlər yaranmışdır. Həmin kinosüjetlərdən 2- si “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır”. 
Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kinoseansının həyata keçirildiyini nəzərə alaraq, ulu öndər Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan etmişdir.