Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
25 İyul , 2018

25.06.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar “Narkomaniya-uçurma aparan yol” adlı dəyirmi masa təşkil edildi. Yeniyetmə tələbələrin, gənclərin maarifləndirilməsi, mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin aradan qaldırılması məqsədilə təşkil edilmiş tədbiri giriş sözü ilə açan şöbə müdiri Əfsanə Bağırova bu günün təsis olunma tarixi, mövzuya aid olan dövlət sənədləri, narkotik vasitələrinin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar haqqında yeniyetmələrə məlumat verdi. O, bildirdi ki, narkomaniya bəşəriyyətin bəlalarından biridir. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “ Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü ” kimi qeyd olunur. Əfsanə Bağırova narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan danışdı.

Biblioqrafiya şöbəsinin müdiri Səbinə Məmmədova öz çıxışında bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Bu cinayət həmişə gizli şəraitdə baş verir və durmadan artır. Narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Gənclər təsil Mərkəzinin könüllü üzvü Onur öz fikrini bölüşərək qeyd etdi ki, Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası sərhəd tanımır. Bu dəhşətli xəstəlik hamı üçün eyni dərəcədə təhlükəlidir, o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Fəal oxcumuz ADAU tələbəsi Məmmədova Selbinaz isə öz çıxışında bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, maariflənirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması üçün təhsil ocaqlarında seminarlar, diskussiyalar və dəyirmi masalar tez-tez təşkil edilməli və təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları aparılmalıdır.