Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
7 May , 2018
07.05.2018 ci il tarixdə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sistemi 19 saylı kitabxana filialının yerləşdiyi Zərrabi Poeziya Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş, ənənəvi X Kitab bayramı keçirildi. Tədbirdə müxtəlif mövzularda - Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı , Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə, Gəncə klassik və müasir ədəbi mühitinə , Milli qəhrəmanlarımıza, musiqimizə , vətənpərvərliyə, Uşaqlara həsr olunmuş kitab sərgilərində min nüsxədən artıq ədəbiyyat nümayiş etdirildi. Kitab bayramında GəncəMədəniyyət İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Azərbaycan Yazarlar Birliyi Gəncəbasar bölməsinin sədri. şairə Xəzangül Hüseynova,Gəncə Dövlət Kukla Teatrının bir qrup aktyorları, Uşaq İncəsənət Məktəbinin rəqs qrupu,4 nömrəli musiqi məktəbinin muğam üçlüyü, Mərkəzi Mədəniyyət evi, Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi,4, 5, 8, 15,22,25, 27, 43 saylı orta məktəbinin müəllim və şagirdləri çıxış etdilər, həmçinin kitabxanalarımızın fəal oxucularının müxtəlif əl işləri və rəsmləri nümayiş etdirildi, kompozisiyalar göstərildi.Tədbirə Ümummilli Liderə, Vətənə həsr olunmuş milli musiqi nömrələri, rəqslər, şerlər xüsusi rövnəq verdi.Tədbirə şəhərin əhalisi maraqla qatıldı, və ürəkdən tamaşa etdilər. Səhər saat 10 –dan başlayan tədbir saat 17-dək davam etdi.