Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
1 May , 2018
Mədəniyyət Nazirliyinin 2018-ci ilin birinci yarısı üçün iş Planının 6.14-cü bəndinə məqsəd tutaraq Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səyyar şöbəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin bir qrup əsgərlərinə Gəncə şəhərinin muzey və tarixi abidələrinə gəzinti təşkil edilib.
Gəzintidə hərbi hissənin 20 əsgəri, hərbi hissə klubunun rəisi Müşviq Verdiyev, MKS-nin Səyyar şöbəsinin böyük kitabxanaçısı Elnarə Hüseynova, KAA şöbəsinin müdiri Vüsalə Hüseynova, Oxu zalının müdiri Səidə Müseyibova, kitabişləmə şöbəsinin kitabxanaçısı Aynurə Sulaxbin-Elçi iştirak ediblər.
Əsgərlər Heydər Əliyev Mərkəzini, Butulkalı ev, Tarix Diyarşunaslıq Muzeyi Abidə Kompleksini, Miniatür Kitablar Muzeyini, Gəncə Şah Abbas Məsçidini, Cavad Xan Türbəsini, Gəncə Qala Qapıları və dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və muzeyini ziyarət etdilər.Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olublar. Şəhərin qədim tarixi,zəngin mədəni irsi, maddi mədəniyyət inciləri, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər. Gəzintidə iştirak edən hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar