Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
25 Aprel , 2018
Bu gün, 25 aprel 2018 – ci il tarixdə Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalında Gəncə yazarları, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı,”Dövlət naminə” qəzetinin baş redaktoru, Prezident təqaüdçüsü(2018) şair , yazıçı – publisist İmam Cəmillinin “Seçilmiş əsərlər” və” Adım Vətən, sözüm Ana” və Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü ”Qızıl qələm” mükafatçısı,Xalq təhsili əlaçısı,Prezident təqaüdçüsü ,yazıçı- publisist Fazil Sənanın “Nifrətin göz yaşları” kitablarının təqdimatı keçirildi. MKS-nin direktoru Elmira Əliyeva bütün iştirakçıları salamlayaraq ,Gəncə yazarlarına oxucularına yeni kitablarını təqdim və eyni zamanda kitabxanamıza hədiyyə etdiklərinə görə öz dərin təşəkkürünü bildirdi. Yazıçılar yeni kitabları haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. İstedadlı şair,yazıçı və publisist İmam Cəmilli 2018-ci ilin nəşri olan və 242 səhifədən ibarət “Seçilmiş əsərlər”inin I cildində povest,hekayə və publisist yazıları toplanmışdır.Müəllif maraqlı müşahidələrinin məhsulu olan yazıları ilə oxucular reallığa söykənmiş bədii obrazlarla tanış ola biləcəklərini bildirdi və həmçinin də yazıçı 2018-ci ilin nəşri olan və 208 səhifədən ibarət olan “Adım Vətən,sözüm Ana” kitabını da oxucuların diqqətinə çatdırdı və qeyd etdi ki,vətənə bağlılığı, ana məhəbbəti kitabdakı şeirlərin leytmotivini təşkil edir. Yazıçı-publisist Fazil Sənanın sayca 16 və 216 səhifədən ibarət “Nifrətin göz yaşları” kitabına 4 povesti və 10 hekayəsini daxil etmişdir.Müəllif oxucularına təqdim etdiyi yeni kitabında bu günümüzlə, mənəvi - əxlaqi dəyərlərimizlə bağlı məsələlərə toxunmuşdur.Kitabdakı yazılar orijinal sənətkarlıq xüsusiyyətləri və bədii dilinin mükəmməlliyi ilə diqqəti cəlb edir. 
Tədbir oxucular tərəfindən maraqla qarşılandı.