Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
23 Aprel , 2018
Mərkəzləşdirilmişmiş Kitabxana Sisteminin Abonement şöbəsində aprel ayının 23-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı “Şanlı cümhuriyyət ilimiz100”adlı geniş tərtibatda sərgi təşkil edildi.Sərgidə AXC – nin fəaliyyətindən bəhs edən kitab, qəzet və jurnal nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Tünzalə Rəhimova bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdı.Sonra fəal oxuculardan Dilşad Talıbova çıxış edərək bildirdi ki, bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindən birini təşkil edir. 
Sonda kitabxanaçı İlahə Nəbizadə sərgilənən “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasıI,II cild,”Azərbaycan Cümhuriyyəti” ,Bir kərə yüksələn bayraq”, Şüküroğlu Lətif Cümhuriiyət hökuməti” .və s. kitabladan ibarət xülası ilə çıxış etdi.