Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
30 Mart , 2018

30.03.2018 ci il tarixdə Mərkəzi kitabxananın Abonement şöbəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı ”Qan yaddaşımız”adlı geniş tərtibatda sərgi keçirildi.Tədbir Azərbaycanda baş vermiş soyqırımlar zamanı öldürülmüş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Sonra Mərkəzi kitabxananın direktor müavini Fəridə Qədimova 1918-ci ilə törədilmiş hadisələr haqqında geniş məlumat verdi. Kitabxanaçı Tünzalə Rəhimova sərgidə nümayiş olunan “Soyqırım analardan başlayır”, “Mirəli Vəkiloğlunun Soyqırım”, ”Cəlal Əliyevin Türklər, azərbaycanlılar,ermənilər: tarixi həqiqətin soyqırımı”, “Eldar İsmayılın Ermənistan türklərinin1988 –ci il soyqırımı” və s kitabları və eyni zamanda sərgidə nümayiş olunan dövrü mətbuatda mövzu ilə bağlı nəşr olunan məqalələr haqqında ətraflı xülasə ilə çıxış etdi.