Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Haqqımızda
26 Mart , 2018

26.02.2018-ci il tarixində Gəncə şəhər MKS-nin Oxu zalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq, “İnsanlığa qarşı ən böyük cinayət – Xocalı Faciəsi” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

Tədbiri MKS-nin oxu zalının müdiri Səidə Müseyibova açıq elan edərək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

MKS-nin direktor müavini Fəridə Qədimova Xocalı faciəsini törədənlərdən,bu vəhşiliyin bənzərsiz, görünməmiş dəhşətlərindən danışdı. Fəridə xanım qeyd etdiki bu gün biz yeniyetmələrə ,gənclərə bu vəhşiliklər haqqında çox dərin, qana, iliyə hopan tərzdə təbliğ etməliyik ki, onlar bilsinlər ki, mənfur erməni bizim günahları bağışlanmayan qan düşmənimizdir.Biz bunu unutmamalıyıq.

ADAU-nun Baytarlıq kafedrasının baş müəllimi Vəliyev Şəmşir də öz növbəsində Xocalı haqqında geniş məlumat verərək bildirdi ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim xatırlamalıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

ADAU-nun tələbəsi Yusifov Onur, kitabxanamızın fəal oxucuları Məmmədov Qəlbinur, Əliyeva Mehin, Mirəliyeva Səlbinaz, Süleymanova Həmidə, Şərifov Allahverdi və başqaları Xocalı haqqında tarixi faktlara əsaslanaraq çıxış etdilər. Daha sonra 5, 20 və 32 saylı məktəblərin şagirdləri “Yaralı Azərbaycana daşan qan gölü” adlı kompozisiya ilə çıxış etdilər. 24 və 37 saylı məktəb şagirdəri - Cəfər Məmmədov və Yeganə Abbasovanın cıxışları tədbir iştirakcılarını təsirləndirən çıxışlar etdilər.

Tədbirin sonunda Xocalıya həsr edilmiş videoçarx nümayiş etdirildi.