Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
15 Fevral , 2018
2018 cı il 15 fevral tarixində Gəncə Şəhər Mərkəzi Kitabxanasında Respublika Elmi Tibb Kitabxanasının Kitab saxlayıcı şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəlliməsi, AMEA- nin M.Füzuli adına Əlyazmalar institutunun dissertantı, tanınımış Içtimaətçi, şairə -publisisit İradə Əlilinin ”Bir şeir istədim səndən” kitabının kitabxananın oxucuları ilə birlikdə təqdimatı oldu. “Bir damla göz yaşında torpaq həsrəti”, “Vətənin cəsur döyüşçüləri”, “Döyüşçü qadının səngər xatirələri”, “Güllə səsindən doğulan kitab”,”Benim aşk dünyam” adlı kitabların müəllifidir. Şeir kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər , esseler ,bayatılar, uşaq şeirləri öz əksini tapır. Bu şeir kitabının motivini ana xətini doğma yurd, Vətən sevgisi, saf məhəbbətin tərənnümü, gözəl dostluq təşkil edir. Təqdimatda kitabxanada işləyən kitabxanaçıların müəllimləri İradə Əlili ilə görüşməyi böyük marağa səbəb oldu.