Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
7 Fevral , 2018

07.02.2018-ci il tarixində Gəncə şəhər MKS-nin oxu zalında əbədiyaşar qəhrəmanımız, Azərbaycanın Milli Qəhrəmanı-Mübariz Ağakərim oğlu İbrahimovun doğum günü münasibətilə  “Milli Qəhrəmanım, Vətən Qürurum” adı altında anım günü keçirildi.   Tədbiri giriş sözü ilə Gəncə şəhər Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Sənan müəllim  Hacıyevin adından, idarənin inspektoru, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar müəllim Muradov açıq elan etdi və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.  Hörmərli Bəxtiyar müəllim öz növbəsində Milli Qəhrəmanın həyatı və göstərdiyi qəhrəmanlıqdan söhbət açdı.  Daha sonra tədbir iştirakçılarımız,  MKS-nin direktoru Elmira Əliyeva, MKS-nin direktor müavini Fəridə Qədimova, Gəncə Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, şairə  Xəzangül xanım,GYB-nin üzvü Sahib İbrahimov, Ramiz Təmkin, GDU-nin tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, “N” saylı hərbi hissə zabitləri mayor Bəyəliyev Rəcəb və baş leytinant İsmayılov Arif      Qəhrəmanımız haqqında öz ürək sözlərini bildirdilər və  5, 24 və 37 saylı tam orta məktəb şagirdlərinin ifasında Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş şeirlər səsləndirildi. Sonra isə “N”saylı hərbi hissənin əsgər klubunun rəisi Verdiyev Müşfiq müəllimin, hərbi hissə əsgərləri ilə birgə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdikləri “Şəhidim” kompozisiyasını təqdim etdilər.  Sonda isə tədbir iştirakçılarına Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş kitab sərgisi və video çarx təqdim olundu.