Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
18 Yanvar , 2018

18.01.2018-ci il tarixində 20 yanvar hüzn günü ilə əlaqədar “20 YANVAR Unudulmaz qan yaddaşımız” adlı anım günü keçirildi. Tədbirdə şəhərin  5, 14, 25 və 32 saylı orta məktəblərin şagirdləri, Gəncə Yazıçılar Birliyinin üzvləri Aləmzər Əlizadə  və yazıçı, publisist  Ramiz Təmkin, Elmlər Akademiyasının Gəncə Bölməsinin böyük elmi işçisi, dosent Tağıyeva Aləmzər, Gəncə Dövlət Universitetin müəllimi tarixçi Hüseyn Bəxtiyarov, Kitabxanalararası Abonement şöbəsinin müdiri Vüsalə Hüseynova,  26 saylı məktəb lisey-kompleksinin müəllimi Təbəsüm Əlizadə,  MKS-nin direktoru Elmira Əliyeva  çıxış etdilər.

Tədbiri giriş sözü ilə  oxu zalının kitabxanaçısı Əfsanə Bağırova və 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Mənzər Adıgözəlova açıq elan etdilər. 1 dəqiqəlik sükutla başlayan tədbir çıxışlar, kompozisiyalar və 20 Yanvar adlı video çarxla davam etdirildi.

M.Ə.Sabir adına 5 saylı  tam orta məktəbin   şagirdlərinin “Ağla, qərənfil, Ağla” adlı şeir  kompozisiyası tədbir iştirakçılarını daha da hüzünləndirdi

Tədbir iştirakçıları 20 yanvar faciəsinin iyirmi səkkizinci  ildönümünün keçirilməsi ilə bağlı Respublika Prezidentinin  sərəncamının əhəmiyyətindən danışdı.

Sonda  Gəncə şəhər MKS- direktoru Elmira Əliyeva  faciənin səbəbləri və nəticəsi haqqında ətraflı məruzə etdi. O göstərdi ki, 20 yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirdi. Və tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirdi.