Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
8 Yanvar , 2018
08 yanvar 2018-ci il tarixdə MKS-nin Musiqi-not fonoteka şöbəsində XX əsr Azərbaycan musiqi mədəniyyətimizin inkişafında əvəzsiz rolu olan SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, bəstəkar, ictimai xadim və pedaqoq Qara Qarayevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Dahilər bütün dünyaya məxsusdur” başlığı altinda sərgi təşkil edildi.
Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkar Qara Qarayevin həyat və yaradıcılığına nəzər salmaqla, yetişməkdə olan gənc nəslə geniş məlumat verdi. Onun novator sənətkar kimi çoxşaxəli musiqi fəaliyyətinin , alovlu publisistikasının Azərbayanın, eləcə də Sovet musiqisinin inkişafına təsirindən danışdı. Qarayevin musiqisi sözün əsl mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Qara Qarayev bir sıra kinofilmlərə və dram əsərlərinə parlaq musiqi yazmışdır. “Tarixin dərsi”, “Bir məhəlləli iki oğlan”, “Don Kixot”, “Uzaq sahillərdə”, “Xəzəri fəth edənlər” kimi filmlərə...
Qara Qarayevin yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir, dünyanı şəhər-şəhər, ölkə-ölkə gəzir, milyonlarla qəlbləri qürur və iftixar hissi ilə doldurur. Qara Qarayevin irsi ölməzdir, həmişəyaşardır!”