Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Xəbərlər
9 Dekabr , 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 aprel 2017-ci ildə verdiyi fərmana əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” Proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.

Məhs bu memorandum əsasən Gəncə şəhər Mərkəzi kitabxanasında fəaliyyət gəstərən “Amerika mərkəzi “ ictimai informasiya və müvafiq proqram həmçinin ictimaiyyət üçün ingilis dili klublarının sistemli şəkildə təşkilini, Amerika mərkəzlərində maarifləndirmə məqsədi ilə geniş ictimaiyyət üçün mədəni proqramların keçirilməsini, ABŞ-da təhsil ilə bağlı müxtəlif təqdimatları, fərdi və qrup şəklində məsləhətlərin verilməsini, Bakı Amerika Mərkəzində və başqa yerlərdə keçirilən təhsil və iş yarmarkaları haqqında məlumatların verilməsini, ingilis dili müəllimləri üçün internet şəbəkəsi vasitəsilə ABŞ-dan birbaşa vebinarların, distant seminarların keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil və təcrübə keçmiş məzunlarla maarifləndirici proqramlar həyata keçiriləcək

Həmin proqramlardan birinci tədbiri 8-9 dekabr tarixində mərkəzdə həyata keçirildi

Bakı Amerika Mərkəzində yerləşən Maker Space at Baku American Center komandası bu gun Gəncə Amerika Mərkəzində oldular. Tədbirdə tələbələr 3D Printer, LEGO MINDSTORMS, little Bits kimi öyrədici elektronika avadanlıqları ilə tanış oldular və Maker Space heyəti ilə öyrəndiklərini tətbiq etdilər

By Ida Abhari (Fulbright English Teaching Assistant) : Christmas and American Holiday Traditions

Növbəti tədbir 22 dekabr tarixdə baş tutdu. Müxtəlif mövzuları əhatə edən MOOC kursları -təcrübə zamanı verilənlərin analizi və nəticə çıxarmağın yolları və bütün bunları -, Technology, Engineering and Math) elmlərin,( texnologiya, mühəndislik və riyaziyyat) zəngin konsepsiyalarını öyrənməklə "Business- English " inkişafı üçün yeni biliklər əldə etdilər. 23 dekabrda isə Mary Boehmer- İngilis dili tədriscisi "ABŞ-da Bayramlar" mövzusunda təqdimatlar etdi. Sonda iştirakçılar Azərbaycanın milli bayramları haqqında bildiklərini qonaqla bölüşdülər.