Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
15 Noyabr , 2017

Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli, 186 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhər MKS-nin oxu zalında kino mövsümünün açılışı ilə əlaqədar, 15 Noyabr 2017-ci il tarixdə, rejissor və aktyor Ceyhun Mirzəyevin lentə aldığı “Fəryad” filmi nümayiş olundu.

Tədbiri giriş sözü ilə oxu zalının kitabxanaçısı Əfsanə Bağrova açaraq “Fəryad” filmi haqqında qısaca məlumat verdi. Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş rolda Ceyhun Mirzəyev çəkilmişdir. Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir. 1994-cü ildə ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" mükafatı verilmişdir.

Sonda film nümayiş olundu.