Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
17 Noyabr , 2017
17.11.2017-ci il tarixdə Mərkəzi kitabxananın Oxu zalının kollektivi “Oblate” kitabxanasının iş təcrübəsinə əsasən, Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsi ev 14 -də yaşayan, təqaüdçü, əvvəllər fəal oxucumuz olan, indi isə kitabxanaya gəlmək imkanı olmayan Allahverdiyeva Şəfiqə Əli qızının evində olduq və ona kitabxana xidməti göstərdik. Gəncliyində oxuduğu kitablar haqqında həvəslə danışan, Şəfiqə nənə qoca olmağıma baxmayaraq yenə də oxumaq istəyini dilə gətirdi. Ancaq ayaqlarında yerimə problemi olduğu üçün köks ötürərək kitabxanaya gələ bilmədiyini bildirdi. Bu məqsədlə biz Şəfiqə nənənin sevdiyi Məhsəti Gəncəvinin “Rübailəri” və İmadəddin Nəsiminin “Seçilmiş əsərlər” kitabından qəzəllər oxuduq. Biz ahıl yaşda olan oxucumuz Şəfiqə nənəyə MKS-nin oxu zalı adından kitab hədiyyə etdik. O bizim fəaliyyətimizdən çox razı qalaraq yenə gəlməyimizi xahiş etdi. Və bizə öz minnətdarlığını bildirdi.