Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
7 İyul , 2017

      07 Iyul tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında “Barıt qoxulu torpaqlarımız” başlığı altında Ağdərə və Ağdam rayonlarının işğalının 24-ci ildönümü ilə bağlı söhbət keçirildi. Tədbirdə MKS-nin Oxu zalının kitabxanaçısı Bağırova Əfsanə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Şəhid qardaşlarımızın,bütün Azərbaycan oğul və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edilməsini, sonra isə onların döyüş yollarından danışdı. Ağdərə və Ağdam rayonlarının işğalı zamanı baş verən amansız cinayətdən, ağlasığmaz qəddarlıqlardan bəşəriyyətə qarşı yönəlmiş amansız vəhşilikdən bəhs etdi.
O qeyd etdi ki, ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər itkin düşmüşdür. Erməni təcavüzkarlarının işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etdiklərindən, ələ keçirilmiş ərazilərdə muzeylərin və digər tarixi əhəmiyyətli obyektlərin qarət olinmasından danışdı.
Sonda isə tədbir iştirahçıları mövzuya həsr olunmuş sərgi ilə tanış oldular.