Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
29 Dekabr , 2016

Bu gün fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatlarının ödənilməsi, asudə vaxtlarının təşkil olunması kitabxanaların qarşısında böyük vəzifələr qoyur. Bunun nəticəsidir ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı ərazidə yaşayan, kitabxanaya gələ bilməyən fiziki qüsurlu, eyni zamanda tənha yaşayan ahıllara vaxtaşırı olaraq kitabxana xidməti göstərir. 29 oktyabr 2016 - cı il tarixdə böyük kitabxanaçı Könül Mirxudayeva könüllü oxucularımızla fiziki qüsurlu olan 10 yaşlı İbrahim Əsədovun ailəsinin qonağı olmuş, onun üçün xüsusi maraq kəsb edən bir sıra kitablar aparmışdır. İbrahimin ailəsi göstərilən bu kitabxana xidmətindən razı qaldıqlarını bildirmiş, Könül xanıma və məktəbli dostlara öz təşəkkürünü bildirmişdir.