Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
28 İyun , 2016
26.06.2016 – cı il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Ağ ölümə qarşı birləşək” adlı söhbət keçirildi.Söhbəti aparmaq üçün kitabxanaya Narkoloji dispanserin təqaüdçü həkimi Nəbi Abdullayev dəvət olunmuşdu. O, əvvəlcə bu bəşəri bəlanın tarixi barədə qısa məlumat verdi, narkomaniyanın bir çox sağalmaz və ağır xəstəliklərə yol açdığını,HİV-ə,hepatitə yoluxmahallarının baş verdiyini bildirdi. Narkotik maddələrin növləri, onların törətdiyi fəsadlar haqqında danışdı.Həkim xüsusilə vurğuladı ki, narkomaniyanı təkcə hüquq mühafizə orqanlarının gücü ilə aradan qaldırmaq olmaz,cəmiyyətin bütün qüvvələri – müəllimlər,valideynlər bu bəla ilə mübarizədə birləşməlidir.Sonra iştirakçılar mövzu ilə əlaqədar kitabxanaçılar tərəfindən toplanmış və sərgilənmiş nəşr nümunələri ilə tanış oldular.