Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
24 İyun , 2016
20.06.2016-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialında “Narkomaniya ictimai bəladır” mövzusunda tədbir keçirildi. Tədbirdə kitabxananın oxucuları iştirak edirdilər. Filialın müdiri Firuzə Yunusova narkomaniyaya aparan yoldan, narkomaniyanın necə bir bəla olmasından, ilk zərərli vərdişlərdən , narkomanın itirdiklərindən , cəmiyyətimizə gətirdiyi acı nəticələrdən söz açdı. Sağlam gəncliyin yetişdirilməsində və gənclər arasında bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərindən, kitabxanaların rolundan bəhs etdi. Tədbirdə çıxış edən GDU-nin müəllimi Samirə Cəlilova narkomaniyanın bütün dünya üçün təhlükə olduğundan, ona qarşı aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışdı. Bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin gücləndirilməsinin və ictimaiyyətin dövlər qurumları ilə birgə fəaliyyət göstərmələrinin daha məqsədə uyğun olduğunu vurğuladı. Sonda sağlam gəncliyin formalaşmasında belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsi tövsiyə olundu