Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Xəbərlər
16 İyun , 2016
Kitab evinin açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev 15 iyun “Milli Qurtuluş Günü” və “Kitab Evi"nin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib. Bildirib ki, “Kitab evinin açılışında əsas məqsəd ölkədə kitabçılığın inkişafı və mütaliənin təbliğinə töhfə verməkdir.
Qeyd edək ki, yeni açılan “Kitab evi” Qafqazın ən böyük kitab evidir. Burada 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. İstər Azərbaycanda , istərsə də ölkənin hüdudlarından kənarda istənilən kitabı oxumaq və sifariş vermək mümkündür.