Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
16 İyun , 2016

13.06.2016-cı il tarixdə MKS-nin 25 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş günü münasibətilə “Gələcəyə nur saçan məşəl” adlı söhbət-sərgi keçirdi. Kitabxanaçı Səriyyə Abbasova 15 iyun Milli qurtuluş günü haqqında ətraflı tədbir iştirakçılarına məlumat verdi: Demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla addımlayan müstəqil Azərbaycanın tarixində Milli Qurtuluş Gününün özünün şərəfli yeri vardır. 15 iyun 1993-cü il xalqımızın milli dövlətçilik salnaməsinin, Azərbaycanın istiqlal tarixinin ən parlaq, ən unudulmaz səhifəsidir.1993-cü il iyunun 15-də ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi. Ona görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Kitabxanaçı, məktəblilərin çox saylı suallarını cavablandırdı. Məktəblilərə Heydər Əliyev irsini öyrənməyi, onun bizə qoyub getdiyi müstəqil Azərbaycanı qorumağı, inkişaf etdirməyi tövsiəyə etdi.