Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Xəbərlər
3 May , 2016
Gəncə 2016 – cı il Avropanın gənclər paytaxtı layihəsi çərçivəsində flaşmob keçirilib. Şəhərin məktəbli və tələbələrinin iştirakı ilə keçirilən flaşmobda Gəncə Avropa gənclər paytaxtı 2016 nın loqosu canlandırılıb. Loqonu canlandıran gənclər səhər saatlarından etibarən Gəncənin baş meydanına toplaşaraq xüsusi işarələnmiş yerlərdə qərarlaşıblar. Vaxt keçdikcə 10 min 152 yaxın gənc Heydər Əliyev meydanda Gəncə Avropa Gənclər paytaxtı 2016 nın loqosunu canlandırırdılar. Təxminən 2 saatdan sonra günlərdir çəkilən zəhmət nəticəsini verir. Saniyə ölçənin işə salınması ilə 10 dəqiqə ərzində bu möhtəşəmliyi ilə seçilən görüntünü izləmək imkanı qazanılır. Qeyd edək ki, əsas tədbirlər may ayının 3-5 tarixlərində baş tutacaq.