Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Xəbərlər
17 Mart , 2016

Satış yarmarkası - Novruz bayramı iləəlaqədar olaraq əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Gəncə şəhərinin mərkəzi meydanının yaxınlığında satış yarmarkası təşkil ediləcək. Bayram şənliyi – Cavad xan küşəsində yerləşən Novruz meydanında bayram şənliyi təşkil ediləcək. Novruz bayramının əsas qəhramanları Kosa və Keçəl, Bahar qızı və Dədə Qorqud müxtəlif səhnəciklərlə sakinləri təbrik edəcəyi, yumurta döyüşdürülüb, şəhərin incəsənət xadimlərinin ifasında müxtəlif mahnılar səsləndirilməsi planlaşdırılıb. Bununla yanaşı bayram tonqalı yandırılacaq, tonqal ətrafında halay vuruluraq rəqs ediləcək.