Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS

Ən çox oxunan kitablar
Sazlı- sözlü göyçə
28 Sentyabr , 2018
Kitab tədqiqatçı-alim İslam Ələsgərin toplayıb tərtib etdiyi “Sazlı-sözlü Göyçə” kitabının Xətai Ələsgərli tərəfindən 1999-cu ildə kiril əlifbası ilə çap olunan ilk variantının latın qrafikası ilə ikinci nəşridir. Həmçinin bu nəşrdə cüzi əlavə və dəyişikliklər də edilmişdir. Kitab Göyçə aşıq və şairlərinin hamsını əhatə eləmir, çünki onların çoxunun əsərləri çap olunmuşdur. Burada əsasən itib-batan yaradıcı sənətkarların əsərlərinə yer verilir, eyni zamanda tarixi ardıcıllıq zərurətindən bəzi çap olunmuş aşıq və şairlərin də əsərlərindən nümunələr verilir. Son illər aparılmış tədqiqatlar nəticəsində əldə olunmuş digər aşıq və şairlərin həyat və yaradıcılıqları da bu seriyadan olan növbəti kitablarda nəşr olunması nəzərdə tutulur.
Faylı yuklə