Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS

Ən çox oxunan kitablar
Akif Aşırlı 31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında
17 Dekabr , 2016
“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. “Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarla yanaşı ilk dəfə olaraq adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılır. Əslən Maştağadan olan Seyidağa Axundzadənin I919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabı da ilk dəfə müasir əlifbada işıq üzü görür.
Faylı yuklə